satellite   Azerspace-1: 11135 H 30000

Sarkozi: Fransa parlamentinin Makron tərəfindən buraxılması riskli addımdır

Sarkozi: Fransa parlamentinin Makron tərəfindən buraxılması riskli addımdır

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib ki, parlamentin hazırkı dövlət başçısı Emmanuel Makron tərəfindən buraxılması ölkə üçün riskli addımdır.

Naxçıvan televiziyası-ın məlumatına görə, o, bu barədə "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.

"Parlamentin buraxılması həm ölkə, həm də Prezident üçün böyük riskdir", - o deyib.

Onun sözlərinə görə, belə bir addım onsuz da parçalanmış respublikanı xaosa sala bilər, ondan çıxmaq çox çətin olacaq. "Prezidentin hakimiyyətdən getməsinə üç il qalıb və mən ondan fransızların istəklərini həyata keçirmək üçün istifadə etməsinə üstünlük verərdim”, - Sarkozi bildirib.

Keçmiş prezident Avropa Parlamentinə seçkilərdə sağçı Milli Birliyin və solçu "İtaətsiz Fransa" Partiyasının lehinə səsvermənin miqyasına təəccüblənmədiyini söyləyib. "Etiraf etmək lazımdır ki, aralıq seçkilər hakim partiya üçün həmişə çətindir", - o deyib.

Sarkozi ekstremist partiyalar haqqında söhbətləri səhv hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM