satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna üzrə sülh konfransının yekun sənədini 91 ölkədən 80-i dəstəkləyib

Ukrayna üzrə sülh konfransının yekun sənədini 91 ölkədən 80-i dəstəkləyib

İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədi 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, iclasın təşkilatçıları sənədi təsdiqləyən ölkələrin siyahısını dərc ediblər.

Siyahıya əsasən, sənədi dəstəkləyən ölkələr arasında Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur.

İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ isə siyahıda yer alıb.

Kommunikedə vurğulanır ki, nüvə enerjisindən istifadə təhlükəsiz olmalıdır, ərzaq təhlükəsizliyi pozulmamalıdır, gəmilərə və limanlara hücumlar qəbuledilməzdir.

İclas iştirakçıları Ukraynada müharibə zamanı əsir götürülmüş insanların azad edilməsinin zəruriliyini də bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM