ABŞ və Ermənistan rəsmiləri müdafiə məsələlərini müzakirə ediblər

ABŞ və Ermənistan rəsmiləri müdafiə məsələlərini müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, həmçinin ABŞ-nin Ermənistanın müdafiə sənayesinə dəstəyi məsələlərini müzakirə ediblər.

İsveçrədə Qriqoryan Ukrayna ilə bağlı sammitdə iştirak etsə də, Ermənistan nümayəndə heyəti tədbirin yekun bəyannaməsini dəstəkləməyib.

Xəbər lenti
Əbədi missiya

15:29 25.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM