Qəzzada ölən fələstinlilərin sayı 37,3 min nəfəri keçib

Qəzzada ölən fələstinlilərin sayı 37,3 min nəfəri keçib

İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37 min 300-ü keçib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin oktyabr ayının əvvəlindən İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 37 min 337 nəfərə çatıb, 85 min 299 nəfər isə yaralanıb.

Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 41 fələstinli ölüb, daha 102 nəfər isə yaralanıb.

Xəbər lenti
Əbədi missiya

15:29 25.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM