satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib.

“Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.

Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM