satellite   Azerspace-1: 11135 H 30000

KİV: Fransa Ukraynaya yalnız altı qırıcı göndərə bilər

KİV: Fransa Ukraynaya yalnız altı qırıcı göndərə bilər

Fransa Ukrayna Silahlı Qüvvələrinə (AFU) mövcud 26 “Mirage 2000-5” qırıcısının yalnız altısını göndərə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransanın “Valeurs Actuelles” nəşri mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, bütün təyyarələrin Kiyevə təhvil verilməsi ölkənin təhlükəsizliyinə təhdid yarada bilər.

“Çox kiçik rəqəmdir. Xüsusilə 2025-ci ilin əvvəlinə qədər ukraynalıların alacağı gözlənilən onlarla “F-16” ilə müqayisədə”, - nəşr bildirib.

Fransanın aviasiya generalı Bruno Klermonun sözlərinə görə, Paris Ukrayna Silahlı Qüvvələrinə çox sayda “Mirage 2000-5” qırıcısı təhvil verərsə, Fransa Hərbi Hava Qüvvələri “diz çökə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM