satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanla Paşinyan ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılmasını müzakirə ediblər

Ərdoğanla Paşinyan ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılmasını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.

Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar.

Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM