satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.

“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, - Buisson qeyd edib.

İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM