satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin üç vilayətində meşə yanır

Türkiyənin üç vilayətində meşə yanır

Türkiyənin Çanaqqala şəhərinin Ezine rayonunda meşə yanır.

Naxçıvan televiziyası Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Həmçinin, Elazığ şəhərinin Maden rayonunda da meşə yanğını başlayıb. Yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğın küləyin təsiri ilə ətraf ərazilərə də yayılıb.

Bundan başqa, Türkiyənin Uşak əyalətində başlayan meşə yanğınları da hələ ki tam söndürülməyib. Bununla belə, 40 saatdır davam edən meşə yanğınları nəzarət altına alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Bölgədəki üç məhəllənin sakinləri təxliyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM