satellite   Azerspace-1: 11135 H 30000

Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb

Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb

Moskvanın Basmannı Rayon Məhkəməsi Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun həbs müddətini daha üç ay uzadıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu gün Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaqın vəsatətinə baxıb.

İclas bağlı qapılar arxasında keçirilib. Məhkəmə həbs müddətini sentyabrın 23-dək uzadıb.

Qeyd edək ki, İvanov bu il aprel ayının 23-də saxlanılıb. O, vəzifə səlahiyyətlərini aşmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM