satellite   Azerspace-1: 11135 H 30000

Rusiya-KXDR əməkdaşlığı dərinləşsə, Cənubi Koreya Ukraynaya silah tədarükünü məhdudlaşdırmayacaq

Rusiya-KXDR əməkdaşlığı dərinləşsə, Cənubi Koreya Ukraynaya silah tədarükünü məhdudlaşdırmayacaq

Rusiya KXDR-ə müasir hərbi texnologiyalarını təhvil versə, Cənubi Koreya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə KBS telekanalının efirində Cənubi Koreya Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çxon Ho Çjin bildirib.

O vurğulayıb ki, Seul üçün qırmızı xətlər yalnız rəsmi Moskvanın hərəkətlərindən asılıdır, söhbət Şimali Koreyaya yüksək dəqiqlikli silahların verilməsindən gedir.

Eyni zamanda, məmur Seulun Kiyevə hansı silah və hansı şərtlərlə göndərə biləcəyini açıqlamayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM