satellite   Azerspace-1: 11135 H 30000

Tokayev Putinə Dağıstandakı terror aktlarının araşdırılmasında yardım təklif edib

Tokayev Putinə Dağıstandakı terror aktlarının araşdırılmasında yardım təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib və Moskvaya hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-istintaq fəaliyyətində köməklik təklif edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”, - bəyanatda deyilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Baş verən terror aktları 15-dən çox polisin həyatına son qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM