satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğın nəticəsində 20 nəfər ölüb

Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğın nəticəsində 20 nəfər ölüb

Cənubi Koreyada litium akkumulyatorları zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Naxçıvan televiziyası Yonhap agentliyinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 10:31-də Hvasonq şəhərindəki zavodda başlayıb. Hadisə baş verən vaxt binada 67 fəhlə olub. Onların çoxu xilas olmağı bacarsa da, ilkin ehtimala əsasən, 23 nəfər yanğın baş verən binada qalıb. Yanğın söndürüldükdən sonra binadan 19 meyit tapılıb. Bununla da ölənlərin sayı 20-yə çatıb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı bir neçə akkumulyatorun partlaması alovu daha da gücləndirib. Bu da yanğının söndürülməsi prosesinə əngəl törədib.

Hazırda ərazidə axtarış işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM