satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

Əfqanıstanın şərqindəki Paktiya əyalətində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində azı yeddi nəfərin öldüyü təsdiqlənib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Bakhtar News Agency” məlumat yayıb. Bildirilib ki, əyalətin Canixail rayonunun Cakaorqor kəndində torpaq sürüşməsi zamanı yaşayış evləri dağılıb.

Qeyd edək ki, Əfqanıstanın ucqar ərazilərində insanlar əsasən leysan, qar və zəlzələlər də daxil olmaqla təbii fəlakətlərə qarşı həssas olan palçıq evlərdə yaşayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM