satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

“ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm. Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram.Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM