2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə ümumilikdə 31 milyon 942,4 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, hesabat dövründə nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 12 milyon 81,7 min ton, dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, avtomobil nəqliyyatı ilə isə 8 milyon 490,6 min ton yük daşınıb.
Məlumata görə, qeyd olunan dövrdə Cənub-Qərb nəqliyyat dəhlizi ilə 447 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3 milyon 886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 milyon 867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə isə 14 milyon 741,3 min ton yük daşınıb.
Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə daşınan yüklərin həcmi 7 milyon 507,2 min ton təşkil edib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,6 faizini tranzit yüklər təşkil edib.
