satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək

Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək

Türkiyədə qeyd edilən Demokratiya və Milli Birlik Günü ilə əlaqədar olaraq iyulun 15-də müxtəlif şəhərlərdə “Millətin qələbəsi” şüarı altında çoxsaylı tədbirlər keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Administrasiyasında hakimiyyətin zorakılıqla ələ keçirilməsi cəhdinin qarşısının alınmasının səkkizinci ildönümündə təntənəli tədbir təşkil olunacaq. İştirakçılar Fetullah Gülen (FETÖ) terror təşkilatının tərəfdarları ilə mübarizədə həyatlarını qurban vermiş 252 vətəndaşın xatirəsini yad edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarına müraciət edib.

15 iyul 2016-cı il tarixli hadisələrlə bağlı tamaşa nümayiş etdiriləcək.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Mehteran” orkestri, tanınmış incəsənət xadimləri Uğur Işılak, Ceyhun Çelikten, Mustafa Yıldızdoğan, eləcə də Azərbaycanın Xalq artisti Azərinin çıxışı planlaşdırılır.

Qeyd edək ki, 15 iyul Türkiyədə qeyri-iş günüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM