ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib

ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib

ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Respublika Partiyasının ABŞ-nin Miluoki şəhərindəki qurultayında təhlükəsizlik tədbirləri də nəzərdən keçirilib və gücləndirilib.

Bildirilib ki, ABŞ Məxfi Xidməti gələcəkdə D.Trampa sui-qəsd cəhdinə bənzər hadisələrin qarşısını almaq üçün səlahiyyətlilərlə işləyir.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM