satellite   Azerspace-1: 11135 H 30000

Filippinin Banqsamoro şəhərində daşqınlar nəticəsində ölənlərin sayı səkkizə çatıb

Filippinin Banqsamoro şəhərində daşqınlar nəticəsində ölənlərin sayı səkkizə çatıb

Filippinin cənubundakı Banqsamoro şəhərində baş verən güclü daşqın nəticəsində ölənlərin sayı səkkizə çatıb.

Naxçıvan televiziyası “Philippine news agency” agentliyinə istinadla xəbər verir ki, bölgədə leysan yağışlarının doğurduğu fəsadların qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, daşqınlar qonşu Kotabato, Sultan Kudarat və Maguindanao del Norte əyalətlərinə də təsirsiz ötüşməyib.

Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının açıqlamasına görə, keçən həftədən bəri yağan güclü leysan nəticəsində yaranan daşqın Cənub-Şərqi Asiya ölkəsinin beş bölgəsində 60 mindən çox ailəyə təsir edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM