satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Afrikada meşə yanğınlarında 14 nəfər ölüb

Cənubi Afrikada meşə yanğınlarında 14 nəfər ölüb

Cənubi Afrikanın Kvazulu Natal əyalətində son 7 gündə baş verən çoxsaylı meşə yanğınları nəticəsində azı 14 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Cənubi Afrikanın regional hökuməti məlumat yayıb.

“Ölənlər arasında altı yanğınsöndürən var. Digər bir xilasedici isə ağır vəziyyətdə xəstəxanadadır”, - məlumatda deyilir.

Qeyd edək ki, son günlər havanın son dərəcə quraq keçdiyi Kvazulu Natal əyalətinin müxtəlif yerlərində yanğınlar baş verir. Səlahiyyətlilər yanğınların bəzilərinin meşənin qəsdən yandırılması nəticəsində baş verdiyini güman edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM