satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu: Qəzzadakı girovların azad edilməsi üçün razılığa gəlmək mümkündür

Netanyahu: Qəzzadakı girovların azad edilməsi üçün razılığa gəlmək mümkündür

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan girovların azad olunmasını təmin edəcək razılaşmanın yaxın vaxtlarda mümkün ola biləcəyini deyib.

Naxçıvan televiziyası "Reuters"ə istinadən xəbər verir ki, bu fikirləri o, Qəzzada girov saxlanılanların ailələri ilə görüşdə səsləndirib.

"Razılaşma üçün şərait yetişmək üzrədir. Bu, yaxşı əlamətdir. Gözləntilərimiz birdən reallaşmayacaq, mərhələlər olacaq. Bununla belə, mən inanıram ki, biz bu razılaşmanı irəli apara bilərik", - B.Netanyahu bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri hazırda Vaşinqtondadır və bu həftənin sonunda onun ABŞ prezidenti Cozef Baydenlə görüşü gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM