satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin 16 vilayətində “NARKOÇELİK-28” əməliyyatı keçirilib

Türkiyənin 16 vilayətində “NARKOÇELİK-28” əməliyyatı keçirilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya narkotik maddələrin qanunsuz ticarəti və yayılmasında əli olan şəxslərə qarşı növbəti genişmiqyaslı əməliyyatın keçirildiyi barədə məlumat verib.

Naxçıvan televiziyası türkiyəli nazirin iyulun 23-də sosial şəbəkələrdə paylaşdığı məlumata istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının “NARKOÇELİK-28” kod adı altında həyata keçirdiyi əməliyyat Türkiyənin 16 vilayətini əhatə edib.

Ali Yerlikaya yazıb: “Yaradılmış 203 əməliyyat qrupunun tərkibində Türkiyənin hüquq-mühafizə orqanlarının 603 əməkdaşı iştirak edib, həmçinin xidməti itlərdən istifadə etməklə 2 ton 294 kiloqram qadağan olunmuş maddə, 2 milyon həbdən artıq sintetik narkotik tapılaraq müsadirə olunub, 13 milyon çətənə kolu məhv edilib”. Nazir əlavə edib ki, əməliyyat zamanı 59 nəfər şübhəli şəxs qismində saxlanılıb, məhkəmə orqanlarının hökmü ilə onların 40-ı barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM