satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Aİ-nin Ermənistan ordusuna 10 milyon avro ayırmasına münasibət bildirib

Rusiya Aİ-nin Ermənistan ordusuna 10 milyon avro ayırmasına münasibət bildirib

Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Axı, kollektiv Qərb xəritədə münaqişə ocağının azalması ilə necə barışsın? Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri təxribata çəkmək və qan tökmək üçündür. Qərbin belə yanaşmaları təhlükəsizlik və sabitlik baxımından yaxşı heç nə vəd etmir”, - o qeyd edib.

M.Zaxarova bildirib ki, Avropa İttifaqının sülh fundamenti və potensialı tükənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM