satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Fələstin məsələsinin çözümü üçün ikidövlətli həlli yolu tapılmalıdır:

“Əks halda, dördüncü Qəzza müharibəsi başlayacaq və biz müntəzəm qaydada müharibələrlə məşğul olmalı olacağıq”.

H. Fidan həmçinin əlavə edib ki, ikidövlətli həllə bağlı razılıq əldə olunarsa, Türkiyə bu prosesdə zamin kimi çıxış edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM