satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, Efiopiya Qızıl Xaç Cəmiyyəti, qonşu rayon və zonaların mütəxəssisləri hazırda hadisə yerindədir və zərərçəkənlərə kömək edirlər.

Xatırladaq ki, torpaq sürüşməsi bazar ertəsi yerli vaxtla səhər saat 10 radələrində Efiopiyanın cənubundakı Geze Qofa rayonunda baş verib.

Rayonun baş administratoru Misikir Mitiku ölənlərin arasında uşaqların da olduğunu bildirib. Onun sözlərinə görə, xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, Efiopiyada hər il iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaq sürüşmələrinə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM