satellite   Azerspace-1: 11135 H 30000

“Baykar” Ukraynada PUA istehsalı zavodunun tikintisinin başa çatma müddətini açıqlayıb

“Baykar” Ukraynada PUA istehsalı zavodunun tikintisinin başa çatma müddətini açıqlayıb

Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları zavodunun tikintisi gələn payıza qədər başa çatacaq, istehsalın nə vaxt başlayacağı hələ bəlli deyil.

Naxçıvan televiziyası “Reuters”ə istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb.

“Biz tikintinin 80 %-ni başa çatdırmışıq və avadanlıqlar sifariş olunur. İstehsal tarixi müharibənin gedişatı ilə müəyyən ediləcək, lakin obyekt 2025-ci ilin avqustunda hazır olacaq”, – o qeyd edib.

Zavodun TB2 dron versiyasını və ya onun TB3 variantını istehsal edəcəyi gözlənilir. Onlar xüsusilə ölçüsü, yükgötürmə qabiliyyəti və maksimal sürətinə görə fərqlənir.

Xatırladaq ki, “Bayraktar” pilotsuz uçuş aparatları müharibənin əvvəlində populyar olsa da, 2023-cü ilin payızında Ukrayna Silahlı Qüvvələri onların o qədər də effektiv olmadığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM