satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Terrorçular Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar

Ərdoğan: Terrorçular Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar

Terrorçular TUSAŞ-a hücumla təkcə bir təşkilatı deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aviasiya və Kosmik Sənaye Səhmdar Cəmiyyətində (TUSAŞ) olan terror aktı barədə jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə əlində olan bütün vasitələrdən istifadə edərək terrora qarşı mübarizəsini davam etdirir:

"Suriyadan və ya fərqli yerlərdən bizə qarşı təxribatı hər an düşünmək, bütün təhlükəsizliyimizi təmin etmək məcburiyyətindəyik. Məqsədimiz tam müstəqil, vahid, bütöv və firavan Türkiyədir. Terrorun qaranlıq və qanlı kölgəsinin ölkəmizdən tamamilə çəkildiyi işıqlı, dinc və təhlükəsiz Türkiyə qurmaq məqsədimizə mütləq nail olacağıq. Müdafiə sənayemiz bunun flaqmanı olacaq. Biz satqınlara baxmayaraq, daha çox çalışacağıq, daha çox istehsal edəcəyik".

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM