satellite   Azerspace-1: 11135 H 30000

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

Naxçıvan televiziyası BELTA-ya istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

"Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq", - o qeyd edib.

Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir.

O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM