satellite   Azerspace-1: 11135 H 30000

CHP bütün bələdiyyə sədrlərini İstanbula çağırıb

CHP bütün bələdiyyə sədrlərini İstanbula çağırıb

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə üzrə 411 bələdiyyə sədrini İstanbuldakı qərargaha çağırıb.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb Esenyurt bələdiyyə sədri Ahmet Özerin məhkəmənin qərarı ilə həbs olunmasıdır.

Qeyd edək ki, A.Özer oktyabrın 30-da saxlanılıb. İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, A.Özer qırmızı bülletenlə axtarılan terrorçu ilə 14 dəfə danışıb. Onun terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Partiya rəsmiləri isə A.Özerin saxlanılması və ona qarşı ittihamları siyasiləşdirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM