satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz

Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz

Ölkənin alkoqollu məhsullarını konyak adlandırmaq olmaz.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, son yüz ildə etiketlərin üzərində “konyak” yazılır.

“Konyak Fransanın qeyri-maddi dəyəridir. Erməni konyakı deyil - erməni brendisi deməliyik", - o bildirib və əlavə edib ki, hətta ailələrdə də konyakı brendi adlandırmaq lazımdır.

Baş nazirin sözlərinə görə, əgər yeni ad düşünüb tapmaq alınmırsa, "brendi" adı ətrafında nə isə fikirləşmək lazımdır.

İqtisadiyyat naziri Gevork Papoyan isə bildirib ki, Aİ-nin köməyi ilə erməni istehsalçılar öz məhsullarını brendi kimi brendləşdirməyə başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM