satellite   Azerspace-1: 11135 H 30000

Lavrov Yaxın Şərqdəki müharibədən danışıb: “Bu münaqişədə qaliblər olmayacaq”

Lavrov Yaxın Şərqdəki müharibədən danışıb: “Bu münaqişədə qaliblər olmayacaq”

“Rusiya Yaxın Şərqdə qan tökülməsinə son qoymağa və siyasi həll üçün şərait yaratmağa çağırır. Silahlı qarşıdurmada heç kim qalib olmayacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Zorakılığın daha da artmasına və vəziyyətin nəzarətdən çıxmasına səbəb olan addımlardan çəkinməyə çağırırıq. Bu münaqişədə qaliblər olmayacaq. Vəziyyətin normallaşmasına aparan yol qan tökülməsinin dayandırılmasından və Fələstin-İsrail münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda siyasi həlli üçün şəraitin yaradılmasından keçir”, - deyə Lavrov bildirib.

O, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur: “Əminəm ki, yalnız belə bir həll Yaxın Şərqdə davamlı sülhə zəmanət verə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM