satellite   Azerspace-1: 11135 H 30000

ABŞ nadir çiçəyin bitdiyi ərazidə litium hasilatına icazə verib

ABŞ nadir çiçəyin bitdiyi ərazidə litium hasilatına icazə verib

ABŞ hökuməti Nevada ştatında dünyada nadir çiçəyin bitdiyi ərazidə litium hasilatına icazə verib.

Naxçıvan televiziyası “boursorama.com” saytına istinadla xəbər verir ki, məsələ ekoloqların və təbiəti mühafizə edənlərin ciddi narazılığına səbəb olub. Çünki lisenziya verilən ərazidə endemik “Tiehm's buckwheat” (elmi adı Eriogonum tiehmii) çiçəyi bitir. Evdikotlar fəsiləsinə aid bu bitki dünyada yalnız Nevada ştatında cəmi bir neçə kvadrat kilometrdə yayılıb və ümumi sayı 20 min ədəddən azdır. Bitki ABŞ-da nəsli kəsilməkdə olan növlər siyahısında yer alır.

Lisenziya əldə edən şirkət bildirib ki, bitkinin mühafizəsi üçün zəruri tədbirlər görüləcək. Lakin, ekoloqların fikrincə, hasilat üçün bitkinin yaşayış arealının 22 faizini məhv ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM