satellite   Azerspace-1: 11135 H 30000

Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb

Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb

Polşa Rusiya ilə sərhəddə “Şərq qalxanı” (“Tarcza Wschod”) adlı müdafiə istehkamlarının tikintisinə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə özünün sosial media hesabında yazıb.

Bir müddət öncə, Polşa Prezidenti Andjey Duda Belarus və Rusiya sərhədində tikilən “Şərq qalxanı” müdafiə-istehkam sistemini “Dəmir pərdənin” yeni versiyası adlandırmışdı.

“Şərq qalxanı” layihəsi Polşanın Rusiya və Belarus ilə sərhədində istehkamlar, maneələr, bunkerlər və kəşfiyyat sistemləri şəbəkəsinin tikintisini nəzərdə tutur. Layihənin dəyəri 10 milyard zloti (2,5 milyard dollar) həcmində qiymətləndirilir. Onun tikintisi 2028-ci ildə başa çatmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM