satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə yaşayış binasında partlayış olub, bir nəfər ölüb, 17 yaralı var

Türkiyə yaşayış binasında partlayış olub, bir nəfər ölüb, 17 yaralı var

Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 yaralı var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM