satellite   Azerspace-1: 11135 H 30000

Çin yeni gizli qırıcısını beynəlxalq aerokosmik sərgisində təqdim etməyə hazırlaşır

Çin yeni gizli qırıcısını beynəlxalq aerokosmik sərgisində təqdim etməyə hazırlaşır

Çin yeni J-35A gizli qırıcısını “Airshow China 2024” beynəlxalq aerokosmik sərgisində təqdim etməyə hazırlaşır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Çin Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Niu Venboya bildirib.

Sərgi noyabrın 12-dən 17-dək Çinin cənubundakı Quanqdonq əyalətində keçiriləcək.

"J-35A orta ölçülü çoxməqsədli qırıcı 15-ci Çin Hava Şousunda nümayiş etdiriləcək", - deyə Niu Venbo qeyd edib.

Həmçinin sərgidə Hun-19 raket sistemi və yeni çoxfunksiyalı hücum və kəşfiyyat pilotsuz uçan aparatı ilk dəfə təqdim olunacaq.

“J-35A qırıcısının açıq nümayişi o deməkdir ki, Çin Hərbi Hava Qüvvələri indi eyni vaxtda iki gizli qırıcıya - J-20 və J-35A-ya sahib olacaq. Bu, Çini dünyada F-22 və F-35-ə sahib olan ABŞ Hərbi Hava Qüvvələrindən sonra eyni vaxtda iki gizli qırıcı ilə təchiz edilmiş ikinci ölkə edir”, - deyə hərbi ekspert Li Li izah edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
1 DƏQİQƏ XƏBƏR - VİDEO

18:15 08.07.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM