ÜST: 2023-cü ildə 8,2 milyon insana vərəm diaqnozu qoyulub

ÜST: 2023-cü ildə 8,2 milyon insana vərəm diaqnozu qoyulub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2023-cü ildə dünyada 8,2 milyon insana vərəm diaqnozu qoyulduğunu bildirib.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu, ÜST-nin 1995-ci ildən bəri qlobal vərəm vəziyyətini izləməyə başladığı tarixdən etibarən ən yüksək göstəricidir.

T.A.Qebreyesus vərəmlə bağlı illik hesabatı təqdim edərək COVID-19 pandemiyasının yaratdığı fasilələrdən sonra profilaktika, diaqnostika və müalicə xidmətlərinə çıxışın yaxşılaşmağa davam etdiyini vurğulayıb. O, ardıcıl ikinci il vərəmdən ölənlərin sayında azalma olduğunu diqqətə çatdırıb.

Əlli mindən çox insan “Mpox” virusuna qarşı peyvənd olunub. Bu virusla bağlı vəziyyətə də toxunan T.A.Qebreyesus ABŞ və Avropa Komissiyasının dəstəyi ilə Konqo Demokratik Respublikası və Ruandada 50 mindən çox insanın “Mpox” virusuna qarşı peyvənd olunduğunu bildirib. O, 2024-cü ilin sonuna qədər virusun yayıldığı Afrika ölkələrinə 6 milyon doza peyvəndin çatdırılmasının planlaşdırıldığını və bu peyvəndlərin qlobal və qitə strategiyasının bir hissəsi kimi mərhələli şəkildə tətbiq ediləcəyini vurğulayıb.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM