satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batıb, dörd nəfər ölüb

Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batıb, dörd nəfər ölüb

Türkiyədən Yunanıstana keçməyə çalışan qanunsuz miqrantların olduğu qayıq Ege dənizində Samos adası sahillərində batıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə KİV-i Yunanıstanın dövlət televiziyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ikisi qadın, ikisi uşaq olmaqla dörd nəfər ölüb. Onların cəsədləri tapılıb. Daha 16 nəfər isə xilas edilib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl Samos adası sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölmüşdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM