satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Prezidenti Tbilisidə parlament binası qarşısında aksiyaçılara qoşulub

Gürcüstan Prezidenti Tbilisidə parlament binası qarşısında aksiyaçılara qoşulub

Naxçıvan televiziyası-ın məlumatına görə, Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.

"Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri keçirilənə qədər bitməyəcək müqavimət başlayır", - Zurabişvili mitinqdə onu alqışlarla qarşılayan aksiyaçılara müraciət edərək deyib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM