Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib

Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib

Ötən gecə Suriyanın mərkəzində yerləşən Homs vilayətinin qərb hissəsinə ardıcıl hava zərbələri endirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi yazıb.

Zərbələr yerli vaxtla saat 03:35 radələrində Cubaniya, Naem və Xuz rayonlarında bir neçə strateji hədəfə endirilib. Təyyarələrin kimə məxsus olduğu hələlik müəyyən edilməyib.

Yerli mənbələrin məlumatına görə, hücumların hədəfində körpülər, hərbi qərargahlar və avtomobil karvanları olub. Bildirilir ki, bu ərazilər İranın dəstəklədiyi qruplar tərəfindən Suriyadan Livana hərbi texnika və döyüşçülərin köçürülməsi üçün istifadə olunur.

Qeyd olunur ki, Suriya hökumətinin hava hücumundan müdafiə sistemləri hücumların dəf etməyə çalışsa da, bunun qarşısını ala bilməyib.

Şahidlər partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olduğunu bildirirlər, lakin hələlik dəqiq rəqəmlər açıqlanmır.

Nə daha əvvəl Suriyada İranın dəstəklədiyi qüvvələrə zərbələr endirən İsrail, nə də Prezident Bəşşar Əsəd hökuməti hələlik insidentlə bağlı şərh verməyib. Eyni zamanda, hökumətə yaxın mənbələr “Hizbullah”ın və İranın dəstəklədiyi digər qrupların fəal olduğu Homs vilayətinin qərbində güclü partlayışlar olduğun faktını təsdiqləyib.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM