satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnipropetrovsk vilayətinin Dnipro rayonunun atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 21 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının başçısı Serhiy Lısak teleqramda bildirib.

Onun sözlərinə görə, zərbələrin hədəfi mağaza, çoxmənzilli və fərdi evlər olub. Region rəhbəri qeyd edib ki, sözügedən ərazilərdə zərbələrdən alışma başlayıb.

Lısak vurğulayıb ki, yaralananlar arasında 11 yaşlı uşaq da var. Onun vəziyyəti orta ağırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM