satellite   Azerspace-1: 11135 H 30000

Kobaxidze: Ötən gün hər kəs gördü ki, Gürcüstanda “milli meydan” olmayacaq

Kobaxidze: Ötən gün hər kəs gördü ki, Gürcüstanda “milli meydan” olmayacaq

“Ötən gün hər kəs gördü ki, Gürcüstanda “milli meydan” olmayacaq, dünən ölkədə liberal faşizminin sonunun başlanğıcı idi”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze şənbə günü keçirilən etiraz aksiyası haqqında bildirib.

Baş nazir Daxili İşlər Nazirliyinə, o cümlədən polisə etirazçıların saxlanılmasında əvvəlki günlərlə müqayisədə daha humanist yanaşmaya və səhvləri düzəltdiklərinə görə təşəkkür edib.

“O qədər sərt və sistematik zorakılığa baxmayaraq, polis qüvvələri daha yüksək səviyyədə fəaliyyət göstərdi, amerikalı və avropalı polis qüvvələrindən daha yaxşı işlədilər və dövlətimizi konstitusiya qaydalarını pozmağa cəhd edən yeni hadisəyə qarşı uğurla qorudular. Hər bir polis əməkdaşına səbrinə görə təşəkkür edirəm”, - Kobaxidze deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM