satellite   Azerspace-1: 11135 H 30000

Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib

Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib

“Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri baxımından mövqeyini özü müəyyən etməlidir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına açıqlamasında deyib.

“Mənim fikrimcə, əsas məqam ondan ibarətdir ki, Ukrayna özü öz müqəddəratını təyin etməlidir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, həll yolu kənardan, o cümlədən Vaşinqton tərəfindən tətbiq edilməməlidir. O qeyd edib ki, Vaşinqton Kiyevlə fəal qarşılıqlı əlaqədə olur, gələcək danışıqların mümkün formatını müzakirə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM