Tbilisidə keçirilən son etirazlarda DİN-in 113 əməkdaşı xəsarət alıb

Tbilisidə keçirilən son etirazlarda DİN-in 113 əməkdaşı xəsarət alıb

Son günlər Gürcüstanın paytaxtı Tbilisi şəhərində etirazçıların aksiyaları nəticəsində 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, dekabrın 1-2-də etirazçıların zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Onlara hazırda tibbi yardım göstərilir.

Son günlər aksiyalarda Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hazırda klinikada müalicə alır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM