satellite   Azerspace-1: 11135 H 30000

Livanda münaqişə ili ərzində 15,6 mindən çox ev zədələnib və ya dağılıb

Livanda münaqişə ili ərzində 15,6 mindən çox ev zədələnib və ya dağılıb

İsrail və “Hizbullah” qruplaşması arasında bir il davam edən döyüşlər zamanı Livanın cənubunda 15,600-dən çox bina zədələnib və ya dağılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

Qeyd olunub ki, döyüşlər nəticəsində 8 milyon tondan çox tikinti tullantıları əmələ gəlib. Ümumilikdə 15 633 bina qismən və ya tamamilə dağılıb. Ən çox zərər çəkmiş ərazilər Maracyun, Bint-Jubayl və Sur şəhərləri olub.

İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM