Rusiya sərhədləri yaxınlığında Estoniyanın şimal və şimal-şərqində NATO qüvvələrinin yerləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi üzrə iki həftəlik böyük “Pikne” təlimləri bu gün başlayır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Təlimlər zamanı Fransa, Britaniya və Estoniya qüvvələrinin sürətli yerləşdirilməsi və onlar arasında əməkdaşlığın gücləndirilməsi planlaşdırılır. Fransa Silahlı Qüvvələrinin bölmələri Estoniyaya qüvvələrin yerləşdirilməsi üzrə quru və hava əməliyyatları həyata keçirəcək, bundan sonra Britaniya və Estoniya bölmələri ilə birlikdə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üzrə təlimlər keçirəcəklər", - Estoniya diviziyasının komandiri, general-mayor İndrek Sirel bildirib.