satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Ukrayna 2025-ci ildə ilk dəfə "dron sürüsü"nü tətbiq edə bilər

Nazir: Ukrayna 2025-ci ildə ilk dəfə "dron sürüsü"nü tətbiq edə bilər

Ukrayna Silahlı Qüvvələri 2025-ci ildə hədəfi özü müəyyən edən pilotsuz uçuş aparatlarının (PUA) istifadə faizini artıracaq və hücumlar üçün ilk dəfə "dron sürüsü"ndən istifadə edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov “Reuters” agentliyinə bildirib.

"Düşünürəm ki, gələn il hədəfi özü müəyyən edən dronların faizi əhəmiyyətli dərəcədə artacaq. Kütləvi miqyasda olmasa da, "dron sürüsü"nün ilk real tətbiqlərini görə bilərik. İlk addımlar atılacaq", - o vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri PUA-lara pilotların iştirakı olmadan hədəfləri vurmağa imkan verən onlarla süni intellekt sistemindən istifadə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM