satellite   Azerspace-1: 11135 H 30000

Ekvadorda silahlı hücum nəticəsində azı 10 nəfər ölüb

Ekvadorda silahlı hücum nəticəsində azı 10 nəfər ölüb

Ekvadorun cənubunda yerləşən El Oro əyalətində silahlı hücum nəticəsində ekvadorlular və kolumbiyalılar da daxil olmaqla azı 10 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, yerli mediada yayılan məlumata görə, silahlılar icarəyə götürülmüş evdə yatan insanlara fərq qoymadan atəş açıblar. Polisin ilkin araşdırmalarına əsasən, hücum mütəşəkkil cinayətkar qruplar arasında davam edən münaqişələrlə bağlı ola bilər.

El Oro əyalətində zorakılıq və qeyri-sabitliyin kəskin artması fonunda oktyabrın 3-dən fövqəladə vəziyyət rejimi tətbiq olunur. İkiaylıq tədbir ölkənin digər yeddi bölgəsini, o cümlədən artan cinayətkarlıqla mübarizə aparan paytaxt Kitonu da əhatə edir.

İlin əvvəlindən başlayaraq, Ekvadorda qətllər, insan oğurluğu kimi ağır cinayətlər daxil olmaqla zorakılıq halları xeyli artıb. Buna cavab olaraq Prezident Daniel Noboa yanvar ayında ölkədə “terrorçu” kimi təsnif olunan 22 cinayətkar qrupa qarşı “daxili silahlı qarşıdurma” rejimi elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM