satellite   Azerspace-1: 11135 H 30000

Berlində bir gecədə 17 yük maşını yandırılıb

Berlində bir gecədə 17 yük maşını yandırılıb

Almaniyanın paytaxtı Berlində, eləcə də Lixtenberq və Martsan rayonlarındakı iki sənaye dayanacağında ötən gecə 17 yük maşını yandırılıb.

Naxçıvan televiziyası Almaniya KİV-inə istinadən xəbər verir ki, polis yanğının siyasi motivlərlə törədilə biləcəyini istisna etmir.

Məlumata görə, ilk yanğınlar səhər saat 3 radələrində baş verib. Lixtenberqdə səkkiz yük maşını yanıb, doqquz nəqliyyat vasitəsi isə Lixtenberq və Martsan rayonlarının sərhədində yandırılıb.

Diqqətçəkən məqam odur ki, yük maşınlarının bir qismi beton istehsalı ilə məşğul olan “Cemex” şirkətinin ərazisində yerləşib. Şirkət artıq hücumlara məruz qalıb - bir il əvvəl onun Berlindəki əmlakı, ehtimal ki, yollardan birinin genişləndirilməsində iştirakına görə yandırılıb. Yanğınların söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis və yanğınsöndürmə xidmətləri hadisələrin səbəblərinin araşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM