satellite   Azerspace-1: 11135 H 30000

“Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb

“Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb

“Lufthansa” aviakonserni İsrailə uçuşların dayandırılması müddətini uzadıb.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.

“Lufthansa Group” konserninə məxsus bütün aviaşirkətlər Təl-Əvivə uçuşların dayandırılma müddətini 2025-ci il yanvarın 31-dək uzadacaq", - məlumatda qeyd olunub.

Qrupa “Lufthansa”, “Eurowings”, “Swiss”, “Austrian Airlines” və “Brussels Airlines” aviaşirkətləri daxildir.

Daha əvvəl “Lufthansa”nın cari ilin sonunadək Tehran (İran) və Beyruta (Livan) uçuşlar həyata keçirməyəcəyi barədə məlumat verilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM