satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Ukraynanın itkilərini açıqlayıb

Zelenski Ukraynanın itkilərini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya – Ukrayna müharibəsində həlak olmuş hərbçilərinin sayının 80 mindən xeyli az olduğunu açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə dövlət başçısı “Kyodo News” müsahibəsində danışıb.

Konkret rəqəm açıqlaya bilməcəyini bildirən dövlət başçısı itkilərin Qərb KİV-də yer alan saydan xeyli az olduğunu vurğulayıb:

“Kimsə bu yaxınlarda, deyəsən, amerikan mətbuatında məlumat vermişdi ki, 80 min ukraynalı ölüb. Amma sizə demək istəyirəm ki, yox, daha azdır, xeyli azdır”.

Prezident qeyd edib ki, söhbət məhz hərbçilərdən gedir, çünki işğal olunmuş ərazilərdəki itkilərin miqyası hələlik mübhəmdir. Onun sözlərinə görə, bura həm mülki əhali, həm hərbçilər, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli hakimiyyət nümayəndələri daxildir.

“Onların neçəsi ölüb, neçəsi itkin düşüb, neçəsi əsirlikdə zülm görüb – bunu bilmirəm. Buna görə mən yalnız ərazimizdə, nəzarətimizdə olan ərazidə qeydə alınmış hərbi itkilərdən danışıram”, – ölkə başçısı deyib.

Xatırladaq ki, Prezidenti Zelenski eyni müsahibədə rusiyalı həmkarı Vladimir Putinin “sülhlə maraqlanmadığını” bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM